Bakı. Trend:
Rusiyanın "Utair" aviaşirkəti iyul ayından etibarən Sankt-Peterburqdan Bakıya reyslər işə salmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə şirkətin prezidenti Oleq Semyonov deyib.
"Bu il biz Azərbaycana aviareyslərimizi artırmışıq. İlin əvvəlində Moskvada Gəncə və Naxçıvana, Moskva, Surqut və Tümendən Bakıya birbaşa reyslər işə salınıb. İyunda Qroznı və Ufadan Bakıya reys açılıb, iyulda isə Sankt-Peterburqdan Bakıya uçuşlara başlamağı planlaşdırırıq", - deyə o bildirib.