...

TOGG innovasiya platforması Plug and Play ilə mobillik sahəsində əməkdaşlıq edəcək

İqtisadiyyat Materials 8 İyul 2022 10:56 (UTC +04:00)
TOGG innovasiya platforması Plug and Play ilə mobillik sahəsində əməkdaşlıq edəcək

Bakı. Trend:

Türkiyənin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş. (TOGG) 20 ölkədə 400 korporativ tərəfdaşı olan innovasiya platforması Plug and Play ilə mobillik sahəsində əməkdaşlıq edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə TOGG-un CEO-su Gürcan Karakaş Almaniyanın Ştutqart şəhərində keçirilən STARTUP AUTOBAHN Expo 2022 tədbirində bildirib.

TOGG Türkiyədə İnformatika Vadisi ilə birlikdə həyata keçirilən Mobility Acceleration Proqramını əməkdaşlıq çərçivəsində beynəlxalq arenaya çıxararaq startaplara rəhbərlik edəcək.

Qeyd edək ki, proqram çərçivəsində xarici sahibkarlara mentorluq, maliyyə dəstəyi və layihə məsləhəti kimi hər bir dəstək veriləcək.

Bununla yanaşı, TOGG Plug and Play açıq innovasiya platforması tərəfindən dəstəklənən STARTUP AUTOBAHN-a üzv olmaqla qlobal oyunçularla mobillik sahəsində də fəal rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti