...

EKVİTA Yay Təcrübə Proqramı elan edir

İqtisadiyyat Materials 18 İyul 2022 10:32 (UTC +04:00)
EKVİTA Yay Təcrübə Proqramı elan edir

Bakı. Trend:

EKVİTA Yay Təcrübə Proqramı elan edir!

Öz karyerasını Vergi, Hüquq və Layihə İdarəetməsi sahəsində qurmaq istəyən tələbə və məzunlar bu proqrama müraciət edə bilərlər. Təcrübə proqramı üçün seçilmiş namizədlər praktiki biliklərə yiyələnərək korporativ mühitdə real təcrübə əldə edəcəklər.

Müraciət üçün CV-nizi müvafiq başlıqda [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.

Qeyd edək ki, "EKVİTA" şirkəti hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Özəl sektordakı müştəriləri sırasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”də yer alan şirkətlər yer alıb. Müxtəlif dövlət layihələri ilə yanaşı, "EKVİTA" həmçinin, Avropa Komissiyası, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak edib.

"EKVİTA"nın aparıcı mövqeyi beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq standartlarla tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti