...

Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 3 Avqust 2022 20:25 (UTC +04:00)
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,8 faiz artaraq 650,9 milyon manat olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,6 dəfə artaraq 322,1 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti