...

Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi

İqtisadiyyat Materials 19 Avqust 2022 17:32 (UTC +04:00)
Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliyə əsasən, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti