...

AZAL Bakı-İstanbul reysinə baqajsız bilet satışına başlayıb

İqtisadiyyat Materials 1 Sentyabr 2022 14:43 (UTC +04:00)
AZAL Bakı-İstanbul reysinə baqajsız bilet satışına başlayıb

Bakı. Trend:

AZAL Bakı-İstanbul reysinə baqajsız bilet satmağa başlayıb.

Bu barədə AZAL-ın "Facebook" səhifəsində bildirilib.

"İndi İstanbula və geriyə daha çevik!

İndi pilot layihəmiz çərçivəsində Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə saytımızda onlayn aviabilet bron edərkən daha sərfəli “Economy Lite” tarifini seçə bilərsiniz. Bura yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir, tarif qısamüddətli işgüzar səfərə yollananlar üçün mükəmməldir.

Əgər baqaj lazım olarsa, siz onu hər zaman onlayn “Rezervasiyanın idarə edilməsi” bölməsində, 24 saat xidmət göstərən çağrı mərkəzimizlə əlaqə saxlayaraq və ya birbaşa hava limanında qeydiyyat masasından əldə edə bilərsiniz", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti