...

EKVİTA-nın dəstəyi ilə “NİZAMİ: ŞEİR HÜQUQU” adlı kitab işıq üzü görəcək

İqtisadiyyat Materials 15 Sentyabr 2022 11:47 (UTC +04:00)
EKVİTA-nın dəstəyi ilə “NİZAMİ: ŞEİR HÜQUQU” adlı kitab işıq üzü görəcək

Bakı. Trend:

Nizami Gəncəvi Vəqfinin təşəbbüsü və EKVİTA şirkətinin dəstəyi ilə nəşri nəzərdə tutulan “NİZAMİ: ŞEİR HÜQUQU” adlı kitabın ilkin layihə müzakirəsi ilə bağlı birgə görüş keçirilmişdir.

Sözügedən kitabda Nizami Gəncəvi yaradıcılığı ana xətt kimi təqdim edilərək “orta əsrlərdə şeir nədir?”, eləcə də “müasir dövrümüzə qədər şeiriyyat hansı missiyanı icra edirdi?” suallarına cavab axtarılacaqdır.

Tarixiçi alim Əkbər Nəcəfin və Hüquq və insan haqları institutunun böyük elmi işçi Rizvan Hüseynovun müəllifliyi ilə nəşri nəzərdə tutulan həmin kitabın əsas məqsədi Əbülqasim Firdovsi, Cəlaləddin Rumi, Yohann Volfqanq Höte, Dante Aligyeri, Vilyam Şekspir kimi dünya ədəbiyyatının klassikləri ilə yanaşı Nizami Gəncəvinin də dünya şeirindəki yerini, yaradıcı rolunu, eyni zamanda tarixi-ədəbi və düşüncə prizmasından geniş oxucu kütləsinə çatdırmaqdır.

EKVİTA şirkətinin direktoru İlqar Mehti ilə keçirilən görüşdə Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov, direktor müavini Arzu Təbrizli, eləcə də kitabın müəllifləri Əkbər Nəcəf və Rizvan Hüseynov iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti