...

TRACECA marşrutları üzrə fasiləsiz nəqliyyat əlaqələrini təmin etmək üçün çalışır

İqtisadiyyat Materials 3 Oktyabr 2022 22:45 (UTC +04:00)
TRACECA marşrutları üzrə fasiləsiz nəqliyyat əlaqələrini təmin etmək üçün çalışır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

TRACECA marşrutları üzrə fasiləsiz nəqliyyat əlaqələrini təmin etmək üçün sərhəd-keçid prosedurlarının səmərəliliyini artırmaq və multimodal daşımalar üçün əlverişli şərait yaratmaq vacibdir.

TRACECA-nın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, struktur Avro-Asiya nəqliyyat əlaqələrinə mühüm alternativ təklif edir.

"TRACECA səviyyəsində həyata keçirilən geniş spektrli dəstək tədbirləri nəqliyyat və gömrükdə rəqəmsallaşma, xüsusilə də elektron dəmir yolu yük qaiməsinin istifadəsi və gömrük tranziti proseslərinin elektronlaşdırılması ilə bağlıdır", - mətbuat xidmətindən bildirilib.

TRACECA birgə mövcud ola biləcək və bir-birini tamamlaya biləcək təşəbbüslər çərçivəsində müxtəlif tərəfdaşlar və institutlarla əməkdaşlığı daha da gücləndirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti