Bakı. Trend:
Mərkəzi Bankın ehtiyatları 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Mərkəzi Bankın nümayəndələri ilə görüşdə deyib.
T.Kazımov bildirib ki, Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib. Qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir. O, bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub. Valyuta ehtiyatında 3,5 faiz artım var.
Çıxışında iqtisadi göstəriciləri təhlil edən Taleh Kazımov inflyasiyanın artımının səbəblərinə toxunub, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlardan danışıb.