...

İdxal-ixrac əməliyyatları zamanı 3 min 600 tondan çox məhsul zərərsizləşdirilib və ya geri qaytarılıb

İqtisadiyyat Materials 27 Oktyabr 2022 12:18 (UTC +04:00)
İdxal-ixrac əməliyyatları zamanı 3 min 600 tondan çox məhsul zərərsizləşdirilib və ya geri qaytarılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində idxal-ixrac əməliyyatları prosesində 3 620 ton və 20 460 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid məhsul barədə zərərsizləşdirilmə, məhv edilmə, geri qaytarılma və ya utilizasiyaya dair qərarlar qəbul olunub.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, məhv edilmiş məhsulların siyahısına 1 760 kq dənli-paxlalı bitkilər, 171 ton meyvə və tərəvəz, 66 ton əkin-səpin materialları, 340 kq unlu qənnadı məmulatları, 5 107 kq müxtəlif qida məhsulları və 29 405 ədəd bioloji fəallığa malik qida əlavələri daxildir: “Qida təhlükəsizliyi ilə bağlı yeni qanundan irəli gələn tələblərlə bağlı Azərbaycana qida məhsulları idxal olunan ölkələrə rəsmi məlumat verilib. Həmin ölkələrin sistemlərinin və qida obyektlərinin qiymətləndirilməsinə başlanılıb. Həmçinin qeyd edim ki, Azərbaycan dilində markalanması olmayan məhsulların ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti