...

“Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma” indikatoru ilə bağlı Yol Xəritəsinin təqdimatı keçirilib (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2022 12:38 (UTC +04:00)
“Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma” indikatoru ilə bağlı Yol Xəritəsinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən energetika nazirinin müavini, Samir Vəliyev Enerji təchizatı şəbəkəsinə qoşulma sahəsində görülən islahat tədbirlər barədə məlumat vermiş və bildirmişdir ki, İşçi Qrupunun üzvlərinin iştirakı ilə hazırlanmış və layihəyə cəlb edilmiş məsləhətçi şirkət tərəfindən təkmilləşdirilmiş Diaqnostika Matrisası əsasında tərtib edilən “Kommunal xidmətlərə (enerji) qoşulma” indikatoru ilə bağlı müvafiq Yol Xəritəsi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsi barədə çıxış edib, təsdiq edilmiş Yol Xəritəsinin əhəmiyyəti və müvafiq sahəyə verəcəyi töhfələr barədə fikirlərini bölüşüb. “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov sənəddə nəzərdə tutulan tədbirlərin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində xidmətin keyfiyyətinə müsbət təsirini vurğulayıb və bu sahədə EKVİTA şirkəti ilə əməkdaşlıq kontestində görülmüş işlər barədə məlumat vermişdir.

EKVİTA şirkətinin partnyoru Fərid Baxşıyev EKVİTA şirkəti ilə Azərişıq ASC arasında imzalanmış müqavilə çərcivəsində DB-nın “Kommunal xidmətlərə qoşulma” indikatoru üzrə diaqnostika matrisasının hazırlandığını, tələb olunduğu kimi enerji təchizatı sahəsində keyfiyyət, şəffaflıq və səmərəlilik prinsipləri əsasında mövcud vəziyyətin və cari əməliyyat modelinin diaqnostikasının aparıldığını, məhdudiyyətlər, təkmilləşmə imkanları və potensial risklər nəzərə alınmaqla hədəflənmiş əməliyyat modelinə səmərəli transformasiyanın təmini məqsədilə təkliflər paketinin hazırlandığını bildirmişdir.

Tədbir iştirakçıları ölkənin beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması sahəsində görülən işlərin koordinasiyası və dövlət-özəl sektor əməkdaşlığı kontestində görülməsi zəruri olan tədbirlər barədə fikir mübadiləsi aparmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti