...

Azərbaycan azad edilmiş ərazilərdə avtomobil yollarını bərpa edir - Vüsal Qasımlı

İqtisadiyyat Materials 3 Noyabr 2022 13:13 (UTC +04:00)
Azərbaycan azad edilmiş ərazilərdə avtomobil yollarını bərpa edir - Vüsal Qasımlı
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan azad edilmiş ərazilərdə 760 kilometr avtomobil yolu, 340 kilometr dəmir yolu və 50-dən çox elektrik stansiyasının bərpası və tikintisini layihələndirib.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, hökumət İraq, Əfqanıstan, Yaponiya, Avropa ölkələrinin post-münaqişə bərpası təcrübəsini öyrənib.

"Çox qısa müddət ərzində biz iki beynəlxalq hava limanı inşa etdik, 760 kilometr avtomobil yolu, 340 kilometr dəmir yolu və 50-dən çox elektrik stansiyasının bərpası və tikintisini layihələndirdik. Biz, həmçinin kənd təsərrüfatı sahəsində plan hazırlamışıq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti