...

Azad edilmiş ərazilərdə qeyri-neft iqtisadiyyatının potensialı 5 faizdən çoxdur - Vüsal Qasımlı

İqtisadiyyat Materials 4 Noyabr 2022 11:44 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində təsərrüfat fəaliyyəti ümumi daxili məhsula 3 faiz, qeyri-neft ümumi daxili məhsula 5,1 faiz əlavə edəcək.

Trend-in məlumatına görə, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı 44 günlük müharibədə Zəfərə həsr olunmuş elmi-praktik konfrans zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektoru ölkədə istehsalı 10,1 faiz, dağ-mədən sənayesi 5,2 faiz artıracaq.

"Bundan başqa, biz emal sənayesinin 4,3 faiz, turizm sektorunun 5,5 faiz, nəqliyyat xidmətlərinin 4,9 faiz artımını gözləyirik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti