...

Bakı metropoliteni ilə İstanbul metropoliteni arasında böyük layihələr icra ediləcək - Türkiyə rəsmisi

İqtisadiyyat Materials 5 Noyabr 2022 14:04 (UTC +04:00)
Bakı metropoliteni ilə İstanbul metropoliteni arasında böyük layihələr icra ediləcək - Türkiyə rəsmisi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı Metropoliteni" QSC ilə İstanbul Metropoliteni arasında gələcəkdə böyük layihələr icra ediləcək.

Trend-in məlumatına görə, bu barədə noyabrın 5-də Bakı metropoliteninin yaranmasının 55-ci ildönümü münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlama verən İstanbul metropoliteninin baş direktoru Özgür Soy bildirib.

O qeyd edib ki, hazırda Bakı metropoliteni ilə müxtəlif sahələrdə əməkdaşlıq edilir: "Bakı metropoliteni ilə çox yaxşı bir əməkdaşlığımız var, birlikdə bir neçə layihəyə imza atırıq. Siqnalizasiya sistemləri, yeni vaqonların və digər maşın-mexanizm sistemlərinin dəyişdirilməsi, inşaat və başqa sahələrdə əməkdaşlıq edirik. Həm öz təcrübələrimizi bölüşürük, həm də Bakı metropoliteninin təcrübələrindən faydalanırıq. Bizim apardığımız Ar-Ge araşdırmaları var. O araşdırmalarla bağlı danışıqlar aparırıq. Azərbaycan dövlətinin planlarına bağlı olaraq hər cür əməkdaşlığa açığıq. Hazırda Bakı metropoliteni ilə qarşılıqlı təlimlər həyata keçiririk və təcrübələrimizi paylaşırıq. Gələcəkdə mütləq daha böyük layihələrimiz olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti