...

Deputatların qaldırdıqları məsələlərə baxılacaq - Samir Şərifov

İqtisadiyyat Materials 25 Noyabr 2022 12:28 (UTC +04:00)
Deputatların qaldırdıqları məsələlərə baxılacaq - Samir Şərifov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Deputatların büdcə müzakirələri zamanı təmsil etdikləri regionların qaz və su təchizatı, məktəblərin tikintisi, yol infrastrukturu və digər məsələlərlə bağlı təkliflərinə aidiyyəti qurumlar tərəfindən baxılacaq.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Nazir bildirib ki, qaldırılan məsələlərin 2023-cü il büdcəsi çərçivəsində həll edilməsi və ya növbəti ilin dövlət büdcəsinə daxil edilməsi ilə bağlı qərar müvafiq qurumların təhlilləri nəticəsində veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti