...

Yanvar-noyabr aylarında Türkiyə müdafiə sənayesi məhsulları ixracını artırıb

İqtisadiyyat Materials 6 Dekabr 2022 09:20 (UTC +04:00)
Yanvar-noyabr aylarında Türkiyə müdafiə sənayesi məhsulları ixracını artırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz artaraq 3,8 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 503,3 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 35,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021-noyabr 2022) Türkiyə 4,2 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti