...

Enerji idarəçisinə dair tələblər və onların attestasiyadan keçirilməsi QAYDASI təsdiqləndi

İqtisadiyyat Materials 9 Dekabr 2022 16:12 (UTC +04:00)
Enerji idarəçisinə dair tələblər və onların attestasiyadan keçirilməsi QAYDASI təsdiqləndi

Bakı. Trend:

Nazirlər Kabineti “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar verib.

Trend xəbər verir ki, sənədə əsasən, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

- “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

- Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Qərara əsasən, bu Qaydaya uyğun olaraq energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə azı 3 (üç) il iş təcrübəsi olan şəxslər attestasiyadan keçdikdən sonra enerji idarəçisi (meneceri) kimi təyin edilə bilərlər.

Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası

XXX

Nazirlər Kabinetinin digər qərarı ilə “Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası” da təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti