...

Sahibkarlığın inkişafı Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici qüvvəsidir - Şahmar Mövsümov

İqtisadiyyat Materials 28 Dekabr 2022 11:48 (UTC +04:00)
Sahibkarlığın inkişafı Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici qüvvəsidir - Şahmar Mövsümov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas məqsədlərimizdən biri kiçik və orta biznesin (KOB) qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulda (ÜDM) payının 35 faizə çatdırılmasıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Dayaq" mükafatının təqdimetmə mərasimində deyib.

O qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi müəyyən edilir.

Ş.Mövsümov əlavə edib ki, strategiyaya əsasən, qeyri-neft-qaz sektorunda KOB məşğulluğunun xüsusi çəkisinin 60 faizə çatdırılması da nəzərdə tutulub.

“Ölkədə özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yerli və xarici investorların ölkə iqtisadiyyatına marağını artıracaq, qeyri-neft ixracı genişlənəcək. Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan bütün addımlar ölkədə sahibkarlığın, xüsusən də KOB-ların inkişafına yönəlib”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti