...

Azərbaycanın qida təhlükəsizliyi sistemi dünya standartlarına cavab verir

İqtisadiyyat Materials 9 Fevral 2023 13:49 (UTC +04:00)
Azərbaycanın qida təhlükəsizliyi sistemi dünya standartlarına cavab verir
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yaradılmış qida təhlükəsizliyi sistemi dünya standartlarına cavab verir.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" adlı tvininq layihəsinin yekunlarına həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı hər vasitə ilə Azərbaycana qida təhlükəsizliyi sisteminin yaxşılaşdırılması məsələlərində köməklik göstərir.

Q.Təhməzli həmçinin Azərbaycanda 26 aydır davam edən tvininq proqramı çərçivəsində qoyulan bütün məqsədlərin müvəffəqiyyətlə əldə olunduğunu qeyd edib.

"Proqram çərçivəsində xarici mütəxəssislər cəlb edilib, xüsusi təlimlər keçirilib, həmçinin xüsusi laboratoriyalar yaradılıb ki, bu da bitkilərin mühafizəsini yaxşılaşdırmağa və onların məhsuldarlığı üçün lazımi şəraitin təmin edilməsinə imkan verir", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti