...

“Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn 11 normativ sənəd hazırlanıb - Qoşqar Təhməzli

İqtisadiyyat Materials 9 Fevral 2023 12:37 (UTC +04:00)
“Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn 11 normativ sənəd hazırlanıb - Qoşqar Təhməzli
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" ilə bağlı keçirilən Tvinninq layihəsinin ümumi məqsədi qida və yem təhlükəsizliyinin artırılmasına töhfə vermək, həmçinin sanitar və fitosanitar tələblərə uyğunluğun gücləndirilməsi nəticəsində ixrac imkanlarını genişləndirmək, xüsusi məqsədi isə sanitar və fitosanitar qanunvericiliyin təkmilləşdirilməsində və həyata keçirilməsində AQTA-ya dəstək göstərməkdir.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

O qeyd edib ki, Tvinninq layihəsi 27 ay müddətində uğurla icra edilib:

"Ötən dövr ərzində layihənin komponentləri çərçivəsində müvafiq sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə olunub. Bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib. Eyni zamanda layihə çərçivəsində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn 11 normativ sənədin ilkin forması hazırlanıb. AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarından ibarət ekspert heyətlərinin Tvinninq ölkələr olan Litva və Latviyaya bitki mühafizəsi, qida təhlükəsizliyi, laboratoriyarın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təlim-təcrübə səfərləri həyata keçirilib. Agentliyin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə bitki sağlamlığı sahəsində müxtəlif mövzuları əhatə edən 20-dən artıq təlim təşkil olunub. Eləcə də layihə çərçivəsində AQTA ilə Litva və Latviya respublikalarının müvafiq qurumları arasında əlaqələr daha da möhkəmlənib" - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti