...

2026-cı ilə qədər texnoloji sənayenin çəkisinin 15%-ə qədər artırılması hədəflənir - Orxan Məmmədov

İqtisadiyyat Materials 13 Fevral 2023 10:36 (UTC +04:00)
2026-cı ilə qədər texnoloji sənayenin çəkisinin 15%-ə qədər artırılması hədəflənir - Orxan Məmmədov

Trend-i buradan izləyin

Bakı. Trend:

2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əlavə dəyərdə xüsusi çəkisinin 15%-ə qədər artırılması hədəflənir.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan – İsrail İnnovasiya Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

"İnnovativ sahibkarlığın inkişafı Azərbaycan Hökumətinin strateji fəaliyyət gündəliyində də əks olunub. Ötən il təsdiq edilmiş “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası”nda ortamüddətli dövr üçün keyfiyyətcə yeni inkişaf modelləri müəyyən edilmişdir. Rəqabətli iqtisadiyyatın təməli olan məhsuldarlığın, innovasiya və müasir texnologiyalar hesabına yüksəldilməsi təsbit olunmuşdur. Bu məqsədlə, innovasiyaların özəl və dövlət sektorunda tətbiqinin stimullaşdırılması, startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sisteminin hazırlanması, innovasiya klasterinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Nəticə olaraq, 2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əlavə dəyərdə xüsusi çəkisinin 15%-ə qədər artırılması hədəflənir", - İdarə Heyətinin sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti