...

Azərbaycan sənaye əhəmiyyətli partlayıcılar ixrac edəcək

İqtisadiyyat Materials 16 Fevral 2023 17:08 (UTC +04:00)
Azərbaycan sənaye əhəmiyyətli partlayıcılar ixrac edəcək
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan sənaye əhəmiyyətli partlayıcıları ixrac edəcək.

Trend xəbər verir ki, bunu “Azerblast”ın icraçı direktoru Rizvan Baxşıyev Mülki partlayıcı maddələr zavodunun inşası layihəsi ilə bağlı keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, “AzerBlast” MMC tərəfindən mülki partlayıcı maddələr zavodunun inşası regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Gəncə şəhərində həyata keçirilir. Zavod ölkəmizdə sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edən ilk müəssisə olacaq.

"Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müsəsisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.

Ümumi sahəsi 5,665 kvadratmetr olan istehsal müəssisəsi 15 hektar ərazidə inşa edilməkdədir. İllik istehsal gücü 31,000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcəkdir", - deyə o, əlavə edib.

R.Baxşıyev bildirib ki, ilkin mərhələdə ölkə üzrə cari təlabata uyğun olaraq aylıq 500 ton, illik 6,000 ton partlayıcı maddənin istehsalı planlaşdırılır. 2023-cü ildə qızıl və dəmir filizi mədənlərində süxurların partladılması üçün “AzerGold” QSC-nin mülki partlayıcı maddələrə tələbatı 1445 ton, QSC-nin digər törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin isə tələbatı 1735 ton proqnozlaşdırılıb. Ölkə üzrə tələbatın digər hissəsi isə dağ-mədən və sənayenin başqa sahələrində fəaliyyət göstərən qurumların payına düşür.

Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Həmçinin nəzərə alınmalıdır ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində əldə edilən qələbə nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağ-mədən sənayesi üzrə yaranmış potensial və həmin ərazilərdə aparılan quruculuq işləri ildən-ilə sənaye partlayıcı maddələrinə olan təlabatın artmasına səbəb olacaq. Qeyd edə bilərəm ki, araşdırmalarımıza əsasən, təkcə 2024-cü ildə sözügedən bölgələrimiz üçün 10-15 min ton həcmində illik tələbat həcmi proqnozlaşdırılır", - deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti