...

Bərdə-Ağdam dəmir yolunun tikintisinin nə vaxt başa çatacağı açıqlanıb

İqtisadiyyat Materials 6 Mart 2023 12:22 (UTC +04:00)
Bərdə-Ağdam dəmir yolunun tikintisinin nə vaxt başa çatacağı açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Füzuli. Trend:

2023-cü ilin sonlarınadək Bərdə-Ağdam dəmir yolunun tikintisinin bitməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə heyətinin sədri Nazim Talıbov Cəbrayıl, Zəngilan rayonlarında və Şuşa şəhərinin Daşaltı kəndindəki mədəni, tarixi və dini abidələrə baxış məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işçi qrupunun iclasında deyib.

Onun sözlərinə görə, yolun uzunluğu 57,6 km təşkil edir.

"Bu dəmir yolunda Bərdə, Köçərli, Təzəkənd və Ağdam olmaqla, dörd stansiyanın tikiləcəyi gözlənilir. Bundan başqa, Bərdə-Ağdam dəmir yolunun layihələndirilməsi 90 faiz tamamlanıb, stansiyanın tikintisinə isə bu ilin ortalarından başlamağı planlaşdırırıq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti