...

İşğaldan azad olunmuş ərazilərdə 18 nəqliyyat layihəsi həyata keçirilməkdədir - Nazir müavini

İqtisadiyyat Materials 6 Mart 2023 14:18 (UTC +04:00)
İşğaldan azad olunmuş ərazilərdə 18 nəqliyyat layihəsi həyata keçirilməkdədir - Nazir müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Füzuli. Trend:

Hazırda ümumi uzunluğu 2,2 min km olan 18 nəqliyyat layihəsinin tikintisi yüksək sürətlə davam edir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov jurnalistlərə deyib.

Nazir müavininin sözlərinə görə, xüsusən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Horadiz-Ağbənd dəmir yolunun tikintisi aparılır.

Bundan başqa, yaxın gələcəkdə Şuşa şəhərində teleqüllənin tikintisinə başlamaq planlaşdırılır.

"Bu gün Şuşada və ətraf ərazilərində 11 televiziya və 7 radio kanalının yayımı təmin olunub", - o deyib.

Hümmətov bu gün Qarabağda 203 stansiyanın mobil əlaqəni təmin etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti