...

Fevralda Türkiyənin hazır geyim ixracı 14 faizdən çox azalıb

İqtisadiyyat Materials 6 Mart 2023 19:18 (UTC +04:00)
Fevralda Türkiyənin hazır geyim ixracı 14 faizdən çox azalıb

Bakı. Trend:

2023-ci ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalaraq 3,2 milyard dollara bərabər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 14,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2022- fevral 2023) Türkiyə 20,97 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti