...

İnanırıq ki, BMT agentlikləri ilə sıx əməkdaşlıq etməklə mövcud vəziyyəti dəyişə biləcəyik - Nazir

İqtisadiyyat Materials 16 Mart 2023 11:54 (UTC +04:00)
İnanırıq ki, BMT agentlikləri ilə sıx əməkdaşlıq etməklə mövcud vəziyyəti dəyişə biləcəyik - Nazir

Ağdam. Trend:

Biz dəfələrlə transsərhəd Oxçuçay çayının, eləcə də digər regional çayların ekoloji təhlükələri və kritik vəziyyəti ilə bağlı müraciət etmişik.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə keçirilən strateji məsləhətləşmələr zamanı deyib.

Onun sözlərinə görə, bu problemin həlli və çirklənmənin qarşısının alınması ilə bağlı heç bir konkret və mənalı cavab alınmayıb.

"Bu, transsərhəd su problemləri ilə məşğul olmaq üçün qaçırılmış fürsət idi. Amma yenə də biz inanırıq ki, BMT agentlikləri ilə sıx əməkdaşlıq etməklə mövcud vəziyyəti dəyişə biləcəyik", -deyə o, əlavə edib.

Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti