...

Ötən il "Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı məlum olub

İqtisadiyyat Materials 17 Mart 2023 14:21 (UTC +04:00)
Ötən il  "Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində "Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş şəxslərin ümumi sayı 7,1 min təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Bununla da 2022-ci il 31 dekabr tarixinə "Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş çəxslərin ümumi sayı 28,8 min nəfər olub.

Qeyd edək ki, "Güzəştli mənzil” dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzillər nəzərdə tutulur. Belə mənzili əldə etdikdə vətəndaş iki əsas güzəştdən yararlana bilər: 1) Güzəştli mənzilin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin bazar qiymətindən aşağıdır. 2) Vətəndaş mənzili Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına əldə etmək imkanına malikdir. Eyni zamanda, mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti