...

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük axını ikiqat artıb

İqtisadiyyat Materials 29 Mart 2023 13:53 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Cənub-Qərbi Asiyadan və Yaxın Şərqdən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yük axını ikiqat artıb.

Trend Rusiya mediasına istinadən xəbər verir ki, Hindistan, İran və Azərbaycandan yük daşımalarının həcmi yanvar-fevral aylarında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 60 faiz artıb.

Hindistandan və Azərbaycandan yük axını 27 faiz artıb, Hindistan, İran və Azərbaycandan "RusIranEkspo" ilə daşımalar ikiqat, "Prime Shipping Agency" (BƏƏ) ilə daşımalar isə 20 faiz artıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi 7,2 min km uzunluğunda multimodal marşrutdur. O Avropanı, Fars körfəzi və Hind okeanı ölkələrini Süveyş kanalı vasitəsilə birləşdirən dəniz yoluna alternativdir.

2030-cu ilədək Şimal-Cənub dəhlizi ilə yük daşımalarının həcminin hazırkı illik 17 milyon tondan 32 milyonadək təxminən iki dəfə artacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti