...

Qara dəniz qazı nəql edilməyə başlayıb - Fatih Dönmez

İqtisadiyyat Materials 17 Aprel 2023 17:48 (UTC +04:00)
Qara dəniz qazı nəql edilməyə başlayıb - Fatih Dönmez

Bakı Trend:

Qara dəniz təbii qazının dünən yarısı boru kəməri ilə ötürmə xəttinə verilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

Nazir yanacaq gəldikdən sonra bəzi sınaqların və kalibrləmələrin tamamlanmasının lazım olduğunu və ilk blokun 2024-cü ildə istifadəyə veriləcəyini bildirib.

Bundan əlavə, o, aprelin 27-də əraziyə nüvə yanacağının gətiriləcəyini bildirib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti