...

Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard dolları ötür - Taleh Kazımov

İqtisadiyyat Materials 5 May 2023 11:38 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard dolları ötür - Taleh Kazımov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın valyuta ehtiyatları bu gün 9,189 milyard dollardan çox, pul bazası təqribən 17,61 milyard dollardır.

Trend cümə günü xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri demək olar ki, bütün indikatorlar üzrə ilbəil artmaqdadır.

"Son 20 il ərzində Azərbaycan yerli malların ixracını 15,6 dəfə artırıb. Həmçinin strateji əhəmiyyət kəsb edən hadisəni qeyd etmək istəyirəm. Bu gün Azərbaycan Şimal-Cənub, Şərq-Qərb istiqamətində yüklərin daşınmasında, o cümlədən bir sıra digər beynəlxalq dəhliz və marşrutlarda hab rolunu oynayır", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti