Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu biznes təmsilçisi Əvəz Əliyevə istixana fəaliyyətinin genişləndirilməsi layihəsi üzrə 150 min manat güzəştli kredit verib.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, layihə Salyan rayonunda icra olunacaq.