...

Latviya şirkətləri Qarabağdakı bərpa proseslərində iştirak etmək istəyir

İqtisadiyyat Materials 16 May 2023 11:24 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Latviya Qarabağdakı bərpa proseslərində iştirakda maraqlıdır.

Bu barədə Trend-ə Latviya Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib.

XİN-dən verilən məlumata görə, Latviya səfirliyi ölkənin şirkətlərini Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərindəki yenidənqurma prosesləri, xüsusən yaşıl enereji zonalarının yaradılması, su təchizatının və tullantıların idarə olunması, infrastruktur layihələri, binaların layihələndirilməsi, həmçinin tarixi və mədəniyyət abidələrinin restavrasiyası barədə məlumatlandırmağa davam edir.

"Biznes cəmiyyətimiz inkişaf proseslərini izləyir və işğaldan azad olunmuş ərazilərin bərpası üzrə mümkün əməkdaşlıq formalarını müəyyənləşdirməyə çalışır. Hazırda Latviya tərəfi tikinti və restavrasiya kimi sahələrə xüsusi maraq göstərir. Enerjiyə qənaət edən işıqlandırma həllərinin hazırlanması üzrə Vizulo şirkətimizin nümayəndləri Prezident Eqils Levitsin Azərbaycandakı rəsmi səfərində iştirak ediblər. Ümid edirik ki, bu Qarabağdakı bərpa proseslərində iştirak üçün stimul olacaq", - deyə nazirlikdəki mənbədən bildiriblər.

Eyni zamanda, mənbənin qeyd etdiyi kimi, Latviya Azərbaycanla İKT, "ağıllı" enerji və yaşıl texnologiyalar kimi sahələrdə əməkdaşlığın gələcək perspektivlərinin öyrənilməsində maraqlıdır.

"Şadıq ki, "Cleantech Latvia" klasterimiz özünün qabaqcıl təcrübəsinin mübadiləsi, həmçinin su, tullantılar, hava və enerji baxımından səmərəli həll və texnologiyaların təşviqi üzrə ilk addımları atıb. Bu yaxınlarda klasterin iştirakçılarından biri olan Ekolat mühəndis-tikinti şirkətinin nümayəndələri su təchizatı, çirkab sularının təmizlənməsi, tullantıların utilizasiyası və bioqaza emalı kimi sahələrdə əməkdaşlığın gələcəyini araşdırmaq məqsədilə Bakıya səfər ediblər", - deyə mənbədən bildiriblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti