Bakı. Trend:
Azərbaycanın bitkiçilik təsərrüfatlarında bitkilərin sağlamlığına effektiv nəzarət sistemi formalaşıb.
Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Caspian Agro" 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi və "InterFood Azerbaijan" 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində çıxışında deyib.
"Paytaxtda və bölgələrdə molekulyar diaqnostika laboratoriyaları yaradılıb, kənd təsərrüfatı məhsullarında pestisid qalıqlarının mövcudluğuna görə ekspertizaların sayı artaraq 6-dan 600-a çatıb, idxal olunan kənd təsərrüfatı məhsullarına nəzarət gücləndirilib, ötən dövr ərzində aşkarlanmış uyğunsuzluqlar barədə ixrac ölkələrinə 1000-dək bildiriş göndərilib", - o deyib.
Qeyd edək ki, 17-19 may tarixlərində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi, "InterFood Azerbaijan" 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi və 14-cü Azərbaycan Beynəlxalq Mehmanxana-Restoran Biznesi sərgisi keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)