...

Azərbaycanda bu bankın da fəaliyyəti DAYANDIRILDI (FOTO)

İqtisadiyyat Materials 26 May 2023 11:49 (UTC +04:00)
Azərbaycanda bu bankın da fəaliyyəti DAYANDIRILDI (FOTO)

Bakı. Trend:

İran bankının Azərbaycandakı filialı "Bank Milli İran Baku" bütün əməliyyatları dayandırıb.

“Bank Milli İran Baku”dan Trend-ə verilən məlumata görə, artıq təxminən bir aya yaxındır ki, banka əmanət qoyuluşu və kredit verilişi dayandırılıb.

Bildirilib ki, buna səbəb kimi Mərkəzi Bankın bankda yoxlamaların aparılması göstərilib.
Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, məsələ ilə bağlı qısa zamanda açıqlama veriləcək.

Qeyd edək ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manat göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti