Bakı. Trend:
Akkuyu Atom Elektrik Stansiyası Türkiyə əsrinin yeni nəsil enerji mərkəzi olacaq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri ölkənin Energetika və Təbii sərvətlər naziri Fatih Dönməz öz rəsmi "Twitter" hesabında bildirib.
Türkiyəli nazir artıq AES-in tikintisinin qısa zamanda başa çatdırılacağını qeyd edib.
Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.
2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.
Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.
Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.