...

Elektron pul istifadəçilərinin sayı artır - Mərkəzi Bank

İqtisadiyyat Materials 22 İyun 2023 11:33 (UTC +04:00)
Elektron pul istifadəçilərinin sayı artır - Mərkəzi Bank
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Elektron pul sahəsin böyük maraq var və aktiv istifadəçilərin sayı daim artır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bank (AMB) sədrinin birinci müavini Rəşad Orucov deyib.

Lakin o qeyd edib ki, bu gün elektron pul təşkilatları bazarındakı oyunçuların sayı və onların əməliyyat həcmi ilə bağlı dəqiq statistikanı aparmaq mümkün deyil.

“Yəqin ki "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbulundan sonra bu statistika daha dəqiq olacaq. Amma bu sahəyə böyük maraq var və aktiv istifadəçilərin sayı daim artır”, - deyə R.Orucov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti