...

Türkiyə şirkəti Qara dənizdə neft kəşfiyyatı üçün lisenziya müddətinin uzadılmasını tələb edib

İqtisadiyyat Materials 23 İyun 2023 10:56 (UTC +04:00)
Türkiyə şirkəti Qara dənizdə neft kəşfiyyatı üçün lisenziya müddətinin uzadılmasını tələb edib

Bakı. Trend:

Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Qara dənizdə neft kəşfiyyatı üçün lisenziya müddətinin 23 avqust 2023-cü il tarixindən 3 il uzadılmasını tələb edib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin elanı "Rəsmi Qəzet"də dərc edilib.

Qeyd edək ki, TPAO-ya 6 aprel 2023-cü il tarixində Çanaqqala vilayəti ərazisində 42 min 593 hektar sahədə beş il müddətinə neft kəşfiyyatı lisenziyası verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti