...

EKVİTA-nın iştirakı ilə “Elektrik Təchizatı Şəbəkələrinə Qoşulma” işçi qrupunun iclası keçirilib.

İqtisadiyyat Materials 4 İyul 2023 13:03 (UTC +04:00)
EKVİTA-nın iştirakı ilə “Elektrik Təchizatı Şəbəkələrinə Qoşulma” işçi qrupunun iclası keçirilib.

Bakı. Trend:

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Elektrik Təchizatı Şəbəkələrinə Qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilmişdir. İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək iclasın gündəliyini açıqlayıb. Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə çıxışında Dünya Bankının “Business-Ready” hesabatı ilə bağlı yerinə yetiriləcək tədbirlər haqqında məlumat verib. Sonra iclasın gündəliyinə uyğun olaraq, “Kommunal xidmətlərə (Elektrik Təchizatı Şəbəkələrinə - ETŞ) qoşulma" indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin cari ilin birinci yarısı üzrə icra vəziyyətinə dair məruzələr dinlənilib.

EKVİTA-nın partnyoru Fərid Baxşıyev sözügedən mövzu ilə bağlı şirkətin “Azərişıq” ASC ilə əməkdaşlıq əlaqələrindən danışıb və şirkətin layihə meneceri Məmməd Əskərov EKVİTA-nın “Azərişıq” ASC üçün elektrik təchizatı şəbəkəsinin xidmətlərinə kommersiya məqsədi ilə qoşulmalar üzrə tələb olunan prosedurların araşdırılmasına dair hesabatın təqdimatın keçirmişdir. Həmçinin Məmməd Əskərov EKVİTA şirkətinin “Azərişıq” ASC-də Layihə Ofisinin Yaradılması və Baş Nazirin birinci müavini tərəfindən təsdiq edilmiş Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal Xidmətlərə Qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulan bir sıra tədbirlərin səmərəli və vaxtı vaxtında icrası haqqında hesabat vermişdir.

Təqdimatın sonunda iclas iştirakçıları EKVİTA tərəfindən görülmüş işləri yüksək qiymətləndirərək öz minnətdarlığını bildirmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti