...

Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Materials 9 Avqust 2023 16:50 (UTC +04:00)
Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib.

Trend quruma istinadən xəbər verir ki, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub.

Belə ki, “Nissan Maxima” markalı avtomobil 2 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 3 250 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35Fugq linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 15, 22 və 29 avqustda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti