Bakı. Trend:
2023-cü ilin iyul ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 621 min barrel olub.
Trend-in Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 499 min barrelini xam neft, 122 min barrelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.