...

Azərbaycanda əhali ötən ay geyimə nə qədər pul xərcləyib?

İqtisadiyyat Materials 23 Avqust 2023 17:23 (UTC +04:00)
Azərbaycanda əhali ötən ay geyimə nə qədər pul xərcləyib?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 881.7 milyon manat vəsait xərclənib.

Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.6% və ya 465.3 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin iyul ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 603.8 milyon manata çatıb.

Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12.5%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,3 faiz bəndi azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti