...

IFC Azərbaycanın kənd təsərrüfatı sektorunda innovativ maliyyələşdirmə vasitələri tətbiq etməyə çalışır - Regional menecer

İqtisadiyyat Materials 7 Sentyabr 2023 12:21 (UTC +04:00)
IFC Azərbaycanın kənd təsərrüfatı sektorunda innovativ maliyyələşdirmə vasitələri tətbiq etməyə çalışır - Regional menecer
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanla birgə kənd təsərrüfatı sektorunda innovativ maliyyələşdirmə vasitələrinin tətbiqi üzərində çalışır.

Bu barədə Trend-ə özəl müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

"Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafına təşviq və ölkədə kənd təsərrüfatı sahələrində iş yerlərinə dəstək üçün yüksək potensiala malikdir. IFC hökumətlə birgə aqrar qəbzlər kimi kənd təsərrüfatını möhkəmləndirə biləcək və kiçik fermerləri qlobal dəyər zəncirinə daxil edə biləcək innovativ maliyyələşdirmə vasitələrinin tətbiqi üzərində çalışır", - o deyib.

Duarte qeyd edib ki, çox vaxt kiçik fermerlər bankların tələb etdiyi daşınmaz əmlak girovuna sahib olmadıqlarından kredit almaqda çətinlik çəkirlər.

"Bu halda məhsul qəbzləri səmərəli həll yolu ola bilər. Bu sayədə fermerlər gələcək məhsuldan girov qismində istifadə edə bilərlər. Aqrar qəbzlər rahat və etibarlı vasitə kimi fermerlərə yüksək keyfiyyətli toxum və gübrə, eləcə də digər resurslar əldə etmək üçün dövriyyə kapitalı əldə etməyə kömək edir. Həmçinin qısamüddətli kredit və ya zəmanət formasında maliyyə vəsaiti təmin etmək üçün anbar qəbzlərindən (mövsümsonrası maliyyələşdirmə) istifadə olunur", - IFC-nin regional meneceri əlavə edib.

Duarte xatırladıb ki, IFC İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə həyata keçirilən kənd təsərrüfatının maliyyələşdirilməsi layihəsi çərçivəsində yerli maliyyə müəssisələrini dəyər zəncirinin maliyyələşdirilməsi məhsullarının buraxılmasında dəstəkləməklə həm də dəyər zəncirlərini (çiyələk və fındıq) seçməyə və ixrac bazarlarında rəqabət qabiliyyətini artırmağa kömək edib.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildə IFC-yə üzv olub. IFC bank işi, korporativ idarəetmə, lizinq, kiçik və orta sahibkarlığın inkişafı, mənzil maliyyələşdirilməsi, dəyərli kağızlar bazarının inkişafı, investisiyaların təşviqi və işgüzar mühit sahəsində konsultativ layihələr həyata keçirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti