...

Qida və yem məhsullarının təhlükəsizliyi sahəsində yeni normalar hazırlanır - Qoşqar Təhməzli

İqtisadiyyat Materials 14 Sentyabr 2023 10:29 (UTC +04:00)
Qida və yem məhsullarının təhlükəsizliyi sahəsində yeni normalar hazırlanır - Qoşqar Təhməzli
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda da qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Kodeks Alimentarius Komissiyası və digər təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması və yeni normaların hazırlanması işləri səylə davam etdirilməkdədir.

Trend xəbər verir ki, bunu “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən regional tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, bu il eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür. Ötən dövr ərzində respublikamızda qida təhlükəsizliyi sahəsində bir sıra islahatlar aparılıb. Agentliyin yaranması ilə ölkəmizdə qida təhlükəsizliyi üzrə multi tipli idarəetmə sistemindən vahid səlahiyyətli qurum idarəetməsinə keçid təmin edilmişdir. Həmçinin “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində risk əsaslı nəzarətin həyata keçirilməsinə başlanmışdır. Qabaqcıl beynəlxalq təcrübəyə və tələblərə uyğun qida təhlükəsizliyi sisteminin qurulmasını təmin etmək üçün təsdiqlənmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”ı qəbul edilmiş və uğurla icra edilməkdədir.

"Həmçinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu beynəlxalq təcrübəyə uyğun hazırlanmış və 2023-cü il 1 yanvar tarixindən etibarən qüvvəyə minmişdir. Eləcə də, bu dövr ərzində Dövlət Proqramının icrasından irəli gələrək qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların, sanitariya, fitosanitariya və baytarlıq norma və qaydalarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın, Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına və tələblərinə uyğunlaşdırılması istiqamətində yeni 15 sanitar, fitosanitar və baytarlıq norması qəbul edilmişdir. Hazırda da qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Kodeks Alimentarius Komissiyası və digər təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması və yeni normaların hazırlanması işləri səylə davam etdirilməkdədir", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti