...

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb

İqtisadiyyat Materials 4 Oktyabr 2023 07:19 (UTC +04:00)

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5 faiz artaraq 872,8 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən Trend-ə bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 516,4 milyon manat olub. Bu da ümumi dövriyyənin 59,2 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti