...

Dollarizasiya göstəricisi düşür, çünki manata inam artır - Taleh Kazımov

İqtisadiyyat Materials 10 Oktyabr 2023 18:40 (UTC +04:00)
Dollarizasiya göstəricisi düşür, çünki manata inam artır - Taleh Kazımov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın tələbinə əsasən, bankların likvidliyi 30 faizdən aşağı olmamalıdır. Bu gün həmin göstərici 60 faizdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə müsahibəsində bildirib.

"Bizim banklarımız kifayət qədər yüksək likvidliklə fəaliyyət göstərir. Maliyyə sektorundakı risklərdən biri də dollarizasiya riskidir. 2015-ci ildə dollarizasiya göstəricisi 85 faiz olub. Bu gün bu göstərici 37 faizdir. Bu da kifayət qədər böyük nailiyyətdir. Hər ay bu göstərici düşür, çünki əhalinin manata inamı hər gün artır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti