...

Bolt-da artıq müştərilərdən kart ödənişləri üçün 18% əlavə vergi tutulmur

İqtisadiyyat Materials 24 Oktyabr 2023 16:35 (UTC +04:00)

Bakı. Trend:

Bolt taksi xidməti müştərilərin kart ödənişlərini YIĞIM Payment System üzərindən qəbul etməyə başladı. Artıq müştərilərdən kart ödənişləri üçün 18% əlavə vergi tutulmur.

Yaxın tarixlərədək Bolt taksi istifadəçiləri bank kartları vasitəsilə ödəniş etdikləri zaman onlardan əlavə olaraq vergi tutulurdu. Məlumat üçün bildirək ki, əvvəl Bolt taksi xidmətləri üçün edilən ödənişlər xarici hesablara köçürülürdü və bu səbəbdən Azərbaycan Respublikasının qanunverciliyinin tələblərinə əsasən taksi istifadəçiləri gediş haqqına əlavə olaraq 18% ƏDV ödəmək məcburiyyətində qalırdı. Bu hal qarşısında taksi istifaçiləri ƏDV-dən azad olmaq və daha ucuz taski xidməti əldə etmək üçün bir çox hallarda nağd ödənişlərə üstünlük verirdi. Müasir iqtisadi hesablaşmalar dövründə nağd və nağdsız ödənişlər arasında olan bu fərq taksi istifadəçiləri arasında əlavə diskomfort və məmnuniyyətsizliyin artmasına səbəb olurdu.

Azərbaycanda ən qabaqcıl və innovativ ödəniş həlləri xidmətlərini təklif edən YIĞIM Payment System və Bolt Azərbaycan taksi xidmətinin birgə təşəbbüsü sayəsində bu məsələ artıq öz həllini tapmışdır. Belə ki, 29 sentyabr tarixindən etibarən YIĞIM Payment System-in dəstəyi ilə taksi istifadəçilərinin bank kartları vasitəsilə etdiyi ödəniş əməliyyatları artıq ölkə daxilində baş tutur. Bu təşəbbüs Bolt taksi xidmətinin istifadəçiləri üçün bir sıra əlavə faydalar gətirməkdədir.

YIĞIM öz qabaqcıl ödəniş həllərini tətbiq etməklə Bolt taksi istifadəçilərinin bu əlavə maliyyə yükündən azad olmasına şərait yaradır. Artıq Bolt taksi istifadəçiləri bank kartları vasitəsilə hesablaşma etdiyi zaman onlardan ödənişə görə əlavə 18% vergi tutulmayacaqdır. Bu təşəbbüs həmçinin maliyyə şəffaflığı baxımından da çox mühim bir addımdır.

Qeyd edək ki, bu təşəbbüs YIĞIM Payment System və Bolt Azərbaycan arasında baş tutan ilk əməkdaşlıq deyil. Buna qədər Bolt taksi sürücüləri üçün balansın artırılması xidməti də YIĞIM üzərindən baş tuturdu. Həmçinin, yemək çatdırılma xidməti Bolt Food-un bütün nağd və nağdsız ödəniş əməliyyatları xidmət bazara daxil olduğu gündən YIĞIM üzərindən həyata keçirilir.

YIĞIM tam yerli xidmət olması ilə yanaşı həmçinin şirkətin bütün proqram təminatları və texnologiyaları yerli mütəxəssislər tərəfindən ərsəyə gətirilmişdir.

Bu günə qədər YIĞIM bir çox yerli və qlobal şirkətlər üçün ödənişlərin qəbulunu təmin edib. “Wolt”, “Bolt”, “Bolt Food”, “Uber”, “Yango”, “Hilton Hotel”, “Fairmont Hotel”, “ADA University”, “MediClub”, “Europcar” həmçinin “Wingz”, “Kontakt scooter”, “Turbo.az”, “Tap.az”, “Bina.az”, “Qalaalti Hotel”, “Lankaran Spring Hotel”, “Ipeksu”, “Dunya School” kimi yüzlərlə digər şirkətlərin xidmətlərini istifadə etdiyiniz zaman bütün ödənişləriniz tamamilə təhlükəsiz şəkildə YIĞIM Payment System tərəfindən həyata keçirilir.

YIĞIM həmçinin Azərbaycanda internet və mobil tətbiq üzərindən “Google Pay” və “Apple Pay” ödənişlərinin qəbulunu təmin edən yeganə şirkətdir.

Xəbər lenti

Xəbər lenti