...

Azərbaycanın qeyri-neft ixracı 11,1% ARTIB

İqtisadiyyat Materials 16 Noyabr 2023 19:05 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 712,5 mln ABŞ dollarından çox olub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 11,1% çoxdur.

Təkcə oktyabr ayında isə qeyri-neft məhsullarının ixracı 278,2 mln ABŞ dolları təşkil edib, bu da əvvəlki ilik oktyabr ayı ilə mqayisədə 15,4% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln ABŞ dollarına bəarəbər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti