...

Qazaxıstanın "KARLSKRONA" şirkəti Azərbaycan bazarına çıxmaqda maraqlıdır

İqtisadiyyat Materials 22 Noyabr 2023 22:09 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Nasos avadanlıqları, elektrik və qeyri-standart avadanlıqlar istehsal edən Qazaxıstanın "KARLSKRONA" şirkəti Azərbaycan bazarına çıxmaqda maraqlıdır.

Bu barədə Trend-ə KARLSKRONA-da marketinq üzrə mütəxəssis Tatyana Sitnikova deyib.

"Hazırda biz Qazaxıstan bazarına məhsul tədarük edirik, lakin Hindistan və Türkiyənin atom elektrik stansiyalarına avadanlıqların tədarükü ilə bağlı layihələrimiz də var. Bu, həqiqətən çox əladır", - deyə o vurğulayıb.

"Bu il neft və qaz baxımından Qazaxıstanda çoxlu tədarükümüz var idi, lakin biz Azərbaycan bazarı ilə də maraqlanırıq, çünki o, neft hasilatında ən böyük ölkələrdən biridir", - deyə T.Sitnikova bildirib.

O, həmçinin əlavə edib ki, şirkət Özbəkistanla əməkdaşlıq edir, layihələri mövcuddur və bu ölkəyə avadanlıq tədarük edir.

"Biz Qazaxıstanda tam istehsal dövrü olan azsaylı şirkətlərdən biriyik. Bizim zavodumuz, öz emal sexlərimiz var, yəni özümüz layihə sənədlərini hazırlayır, istehsal edir, avadanlıq quraşdırır və xidmət göstəririk", - deyə T.Sitnikova qeyd edib.

"KARLSKRONA" şirkəti nasos avadanlığı (sualtı quyu, konsol, ikitərəfli giriş, şaquli və üfüqi çoxpilləli nasoslar, yanğınsöndürmə stansiyaları, təzyiq gücləndiriciləri, torpaq nasosları), elektrik, qeyri-standart avadanlıqlar, qara metallardan və ərintilərdən tökmə məmulatları istehsal edir.

Qeyd edək ki, noyabrın 22-dən noyabrın 25-dək Bakıda SPECA-ya üzv ölkələrin “Dayanıqlı inkişaf naminə regional əməkdaşlıq” mövzusunda sərgi keçirilir. Sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birgə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti