Bakı. Trend:
Yaxın günlərdə Astarada tikilən yük terminalı və Astaraçay üzərində salınan körpü istismara veriləcək. Bunlar İran ilə Azərbaycan arasında tranzit sahəsindəki əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcək.
Trend xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.
Gilan vilayətinə səfər edən nazir müavini nəzərə çatdırıb ki, Azərbaycan ilə əldə olunan razılaşmaya əsasən, Astara-Astara sərhəd-keçid məntəqəsindən 800 yük avtomobilinin keçməsi təmin ediləcək.
Ş.Əfəndizadə qeyd edib ki, Astaraçay üzərində inşa edilən körpü istismara verildikdən sonra İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi artacaq. Bununla yanaşı, tranzit yükdaşımalarının da həcmində artım müşahidə olunacaq.