...

Avropada təbii qazın qiyməti düşüb

İqtisadiyyat Materials 12 Dekabr 2023 05:01 (UTC +04:00)
Avropada təbii qazın qiyməti düşüb

Bakı. Trend:

Avropada təbii qazın qiyməti bir meqavat/saat üçün 36 avroya düşüb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın qiyməti 6,4 faiz azalaraq 36 avro təşkil etməklə 2022-ci ilin yanvar ayı səviyyəsinə (35,9 avro) enib.

İlin əvvəlindən bəri isə təbii qazın qiymətində 52,7 faiz azalma müşahidə olunub. Cari ilin yanvarında TTF-də qazın qiyməti meqavat/saat üçün 74 avro civarında idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti